RU

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xarici siyasətin strateji istiqamətləri müəyyən edilib

Bakı. TurkicWorld:

1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və dörd ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

Spiker vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb və həyata keçirilib.

"Müstəqil dövlətimizin Konstitusiyası hazırlanıb qəbul olunub, xalqımızın maraqlarına cavab verən daxili və xarici siyasətin strateji istiqamətləri müəyyən edilib. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradılıb. Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilib".

Избранный
18
2
turkic.world

3Источники