Bu gün Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətinin Lakki Marvat şəhərində bazarda partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 9 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşı, digərləri isə mülki şəxsdir.