RU

Polisdən “Təmiz Hava” reydi: Normanı aşan avtomobillər aşkarlandı

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz Hava” aylığı çərçivəsində monitorinq keçirilib.


Ekologiya.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd atmosferə normadan artıq zərərli qaz tullantıları buraxan nəqliyyat vasitələrinin aşkarlanması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması olub.


Monitorinq zamanı xüsusi texniki avadanlıqlar vasitəsilə avtomobillərin mühərriklərindən atmosferə buraxılan qazların səviyyəsi yoxlanılıb. Aparılan yoxlamalar nəticəsində ekoloji normalara cavab verməyən 12 nəqliyyat vasitəsi aşkarlanıb.


Qayda pozuntusuna yol verən sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokollar tərtib olunub.

Избранный
2
1
ekologiya.az

2Источники