RU

Xabi Alonso İngiltərə nəhəngi ilə danışıqlara başladı

İspan məşqçi Xabi Alonso İngiltərə nəhənginin "sükanı arxası"na keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Məlumata görə, onun "Çelsi"yə baş məşqçi təyin edilməsi gündəmdədir. Mənbə Alonsonun bu variantın əleyhinə olmadığını, lakin hələ danışıq aparan tərəflərin razılığa gəlmədiyini vurğulayıb.

44 yaşlı mütəxəssisin son iş yeri Yeni il ərəfəsində istefaya göndərildiyi "Real Madrid" olub.

"Çelsi"yə hazırda bu postu müvəqqəti tutan Kalum Makfarleyn çalışdırır. "Zadəganlar" İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıblar.

Nihat

Избранный
11
1
fanat.az

2Источники