RU

Dünyanın qorxduğu baş verdi – ŞOK nüvə təhdidi

İranın ABŞ və İsraillə artan gərginlik fonunda verdiyi son açıqlama dünya gündəminə çevrilib.

Musavat.com xəbər verir ki, Tehran rəsmiləri mümkün hücumlara cavab olaraq uranı nüvə silahı səviyyəsinə qədər zənginləşdirə biləcəkləri barədə xəbərdarlıq ediblər.

Məlumata görə, İran hazırda 60 faiz zənginləşdirilmiş uran ehtiyatına malikdir. Rəsmi şəxslər isə lazım gələrsə, bu göstəricinin 90 faizə – yəni nüvə silahı istehsalı üçün tələb olunan səviyyəyə çatdırıla biləcəyini açıqlayıblar.

Bildirilib ki, məsələ yaxın vaxtlarda İran parlamentində müzakirəyə çıxarıla bilər. Beynəlxalq ekspertlər isə xəbərdarlıq edirlər ki, belə addım Yaxın Şərqdə gərginliyi daha da artıra və yeni böhrana səbəb ola bilər.

ABŞ və İran arasında son aylarda Hörmüz boğazı və nüvə proqramı ilə bağlı münasibətlər daha da kəskinləşib. Vaşinqton İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini dəfələrlə bəyan edib.

Musavat.com

Избранный
29
50
musavat.com

10Источники