Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə Moskvadan kənarda görüşməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Peskovun sözlərinə görə, Putin bu görüşə yalnız Ukraynadakı münaqişəyə nöqtə qoymaq məqsədilə razı ola bilər. Lakin o vurğulayıb ki, belə bir görüşün baş tutması üçün hələ çox böyük işlər yerinə yetirilməlidir.
"Kremldə keçirilən mətbuat konfransında çıxış edən prezident Zelenski ilə istənilən vaxt Moskvada, eləcə də başqa yerdə danışıqlar üçün görüşməyə hazır olduğunu bildirib. Llakin başqa yerdə görüşmək yalnız proses tam başa çatdıqda məntiqlidir", - deyə Peskov qeyd edib.
O əlavə edib ki, prosesi yekunlaşdırmaq və son nöqtəni qoymaq üçün tərəflər hələ ciddi hazırlıq işləri görməlidirlər.
Musavat.com