RU

“Avroviziya”ya qarşı boykot DALĞASI

Fransalı millət vəkili Tomas Portes bu il Avstriyada keçiriləcək “Avroviziya”  Mahnı Müsabiqəsində insan hüquqları və beynəlxalq hüququ pozmaqda ittiham olunan İsrailin iştirakına etiraz olaraq yarışmanın Fransada yayımlanmamasını istəyib. 

"Cebheinfo.az" xəbər verir ki, Boyun Əyməyən Fransa (LFI) partiyasının deputatı Tomas Portes Milli Assambleyada jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu gün başlayacaq 70-ci mahnı müsabiqəsini 160 milyon insan izləyəcək. 

Qəzzada və işğal altındakı Fələstin torpaqlarında törədilən cinayətlərə baxmayaraq İsrailin bütün çağırışlara rəğmən yarışmadan kənarlaşdırılmamasına reaksiya verən Portes belə deyib: 

“Müsabiqə soyqırım törədən İsrail dövlətinə və hökumətinə qırmızı xalça sərməyə hazırlaşarkən, bu yarışma hələ də sülhü, qardaşlığı və xalqlar arasında həmrəyliyi müdafiə edən bir tədbir kimi təqdim oluna bilərmi?” 

“İsrailin Eurovisionda yeri yoxdur”,- deyən Portes Qəzzada soyqırımın davam etdiyini, işğal altındakı İordan çayının qərb sahilində isə müstəmləkəçilik fəaliyyətlərinin sürətləndiyini vurğulayıb. 

Portes İsrailin törətdiyi cinayətlər və insan hüquqları pozuntularına görə Eurovisionda iştirakına etiraz edən İspaniya, Niderland, Sloveniya, İslandiya və İrlandiyanı təbrik edib. 

Bundan əlavə, Portes Fransanın ictimai yayım qurumu olan “France Televisions”-dan “soyqırım törədən bir dövlətin fəaliyyətlərini legitimləşdirməmək” üçün “Avroviziya” yayımlamamağı tələb edib.İsrailin Avstriyanın paytaxtı Vyana şəhərində 12–16 may tarixlərində keçiriləcək müsabiqədən kənarlaşdırılması üçün Avropa boyunca etiraz aksiyaları və boykot çağırışları artıb. 

İspaniya, İrlandiya, İslandiya, Niderland və Sloveniya isə İsrailin yarışmaya qəbul edilməsini əsas gətirərək müsabiqəni boykot etmək qərarı verib. 

Избранный
50
cebheinfo.az

1Источники