RU

Rizvan Nəbiyev: "Paşinyan əlində sülh gündəliyi ilə seçkiyə gedirsə, bu, Azərbaycanın yaratdığı siyasi reallığın nəticəsidir"

"Azərbaycan əsgəri ləyaqətlə vuruşdu və beynəlxalq hüquqları tam yerinə yetirdi. Yoxsa nə almanları, nə ispanları olmayan həqiqətə inandıra bilməzdik. Cənab Prezident bütün bu məsələləri Zəngilandakı çıxışında vurğuladı".

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada deyib.

 

Onun sözlərinə görə, Ermənistanda kimlərinsə əlində alət olmaq istəyi hələ də var: "Fransadan söhbət gedir. Fransa yeni geosiyasi mərkəzlər axtarır. Cənab Preziden bunu ad çəkməsə də, Zəngilandakı çıxısında vurğuladı. Makaronun siyasi ritorikası ilə əməlləri arasındakı açıq fərqi görürük. Simonyan da bir neçə gün əvvəl verdiyi müsahibədə bildirdi, səhvimiz onda idi ki, gələcəyimizi keçmişin normativləri əsasında qurduq. Artıq səhvlərini boyunlarına alırlar. Paşinyan əlində sülh gündəliyi ilə seçkiyə gedirsə, bu, Azərbaycanın yaratdığı siyasi reallığın nəticəsidir".

 

Aytəkin Qardaşova

Tarix: 12 May 2026, 15:45   
Избранный
41
pravda.az

1Источники