RU

Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 may, AZƏRTAC

Cari ilin aprel ayında “Google” axtarış sisteminin Azərbaycandakı bazar payı bütün platformalarda - kompüterlər, mobil cihazlar və planşetlərdə 90,02 faiz təşkil edib.

AZƏRTAC “Global Stats” statistik portalına istinadla xəbər verir ki, bu rəqəm mart ayı ilə müqayisədə 0,17 faiz bəndi artıb. “Bing” axtarış sistemi ikinci yeri tutub, onun payı 0,01 faiz bəndi artaraq 5,14 faizə çatıb. “Yahoo!” payını 0,02 faiz bəndi artıraraq 1,5 faizlə üçüncü yeri tutub.

Dördüncü yerdə olan “Yandex”in payı 0,11 faiz bəndi azalaraq 1,19 faizə düşüb.

İlk beşliyi “DuckDuckGo” tamamlayır. Onun bazar payı ay ərzində 0,04 faiz bəndi azalaraq 0,71 faizə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
3
azertag.az

4Источники