RU

İcra başçısı vədi verilmişdi: sayt rəhbərinin adı sensasion qalmaqalda

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun məhkəməsində mayın 25-i hökm oxunacağı gözlənilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda vəkillər yekun çıxış ediblər.

Proses kifayət qədər uzun müddət davam etdiyindən sədrlik edən hakim Fəxri Məmmədov təqsirləndirilən şəxslərə zərərçəkmişlə barışıq etmək üçün son şans verib.

Bu iş üzrə zərərçəkmiş iş adamı Qurban Piriyevdir. İttihamda yazılıb ki, o, rayonlardan birinin icra başçısı təyin edilməsinə köməklik etmək üçün Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədova 510 min manat pul, 34 min man manatlıq qızıl-zinət əşyaları verib.

Yarım milyonun 150 min manatı ilkin istintaq müddətində Piriyevə geri qaytarılıb. Hazırda isə qaytarılmamış 300 min manat və 34 minlik əşyalar qalıb.

Məsələ burasındadır ki, Zaur Mirzə-Zadə və Qoşqar Məmmədov qalan ziyandan heç nə ödəmir. Rasim İldırım isə zərərçəkmiş tərəfə daha 150 min manat verib söhbəti bağlamaq istəyir. Amma bu təklif də Qurban Piriyevi razı salmır.

Daha əvvəlki iclasda prokuror da ittihamların sübuta yetirildiyini açıqlayıb, təqsirləndirilən şəxslərin hərəsinin 12 il azadlıqdan məhrum edilməklə məhkəmə zalında qandallanmalarını tələb edib. İş adamı ziyanın tam ödənilmədiyi halda müttəhimlərin həbsini dəstəkləyir. (Qafqazinfo)

Избранный
11
3
musavat.com

9Источники