RU

ABŞ nümayəndə heyəti Ermənistana səfərETDİ

ABŞ nümayəndə heyəti "Tramp marşrutu" (TRIPP) layihəsinin icrası məsələlərini müzakirə etmək məqsədilə Ermənistana səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının nümayəndələrinin yer aldığı nümayəndə heyətinin üzvləri ilə görüş keçirib. Tərəflər TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı bir sıra əməliyyat və hüquqi xarakterli məsələləri müzakirə edərək razılaşdırıblar.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyənnamə imzalayıblar.

Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.

Избранный
28
2
redaktor.az

3Источники