RU

Ərdoğan bu gün Qazaxıstana iki günlük səfərə yola düşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-15 may tarixlərin aralığında Qazaxıstana səfər edəcək.

"Report" xəbər verir ki, Ərdoğan səfərinin ilk günündə paytaxt Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşəcək.

Daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı baş tutacaq.

Ərdoğan mayın 15-də Astanadan Türküstan vilayətinə gedəcək. Türkiyə lideri burada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.

Prezidentin səfəri zamanı Türkiyəyə vitse-prezident Cevdet Yılmaz rəhbərlik edəcək. Bununla bağlı müvafiq sərəncam "Resmi Gazete"də yayımlanıb.

Qeyd edək ki, TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunub.

Избранный
131
26
far.az

10Источники