RU

Sovet televiziyasının əfsanəsi vəfat etdi

SSRİ və Rusiya televiziyasının tanınmış simalarından biri olan teleaparıcı Vladimir Molçanov 75 yaşında dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, jurnalist son illər ciddi sağlamlıq problemlərindən əziyyət çəkirdi. O, 2025-ci ildə bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi. Yay aylarında isə mədə-bağırsaq qanaxması şübhəsi ilə xəstəxanaya aparılmışdı. Vladimir Molçanov 2021-ci ildə onkoloji xəstəlik səbəbindən qaraciyər transplantasiyası keçirmiş, 2022-ci ildə isə infarkt olmuşdu.

Vladimir Molçanov sovet televiziyasının ən məşhur aparıcılarından biri hesab olunurdu. O, xüsusilə “Gecəyarısından əvvəl və sonra” proqramı ilə geniş şöhrət qazanmışdı. 1980-ci illərin sonlarında eyni vaxtda “Vremya” proqramını, səhər efirlərini və öz müəllif layihəsini aparırdı.

Molçanov Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə “Novosti” Mətbuat Agentliyində başlamış, daha sonra Niderlandda xüsusi müxbir kimi çalışmışdı. “Qisas həyata keçirilməlidir” kitabına görə Maksim Qorki mükafatına layiq görülmüşdü.

O, həmçinin 1998 və 2001-ci illərdə Rusiyanın nüfuzlu TEFI televiziya mükafatını qazanmışdı. Vladimir Molçanov uzun illər sovet və postsovet televiziya jurnalistikasının simvolik fiqurlarından biri kimi tanınıb.

Musavat.com

Избранный
128
2
musavat.com

3Источники