RU

Parapsixoloqdan ŞOK XƏBƏRDARLIQ: Bu, məhvedici müharibəyə çevrilə bilər

ABŞ-İsrail-İran arasında indiyədək baş verənlər  bir başlanğıc idi, bundan sonra  hadisələr daha dəhşətli ssenarilər üzrə inkişafı gözlənilir.

Ölkə.az xəbər verir ki, bunu özünü "yaşayan Nostradamus" adlandıran braziliyalı mistik Atos Salome  deyib.

ABŞ-İsrail-İran müharibəsinin perspektivi barədə  danışan parapsixoloq  deyib ki,  qarşıdakı mərəhlə ilə bağlı qorxulu proqnozlarla çıxış edib.

"Bu, yalnız başlanğıcdır. Qarşıdakı mərhələdə İrana qarşı hadisələrin inkişafı tamam fərqli istiqamətdə ola bilər. Tehranın cavabı və müttəfiq qrupların bölgədəki mümkün iştirakı göstərir ki, münaqişə yeni müdafiə texnologiyaları və dağıdıcı kiberhücumları əhatə edən görünməmiş miqyasda məhvedici  müharibəyə çevrilə bilər”, - Salome qeyd edib.

Salome uzun müddətdir ki, "görünməz müharibə" və elektromaqnit impulsları (EMP) və kiberhücumlar vasitəsilə infrastrukturun məhv edilməsi barədə xəbərdarlıq etdiyini iddia edir. Onun fikrincə, münaqişə tezliklə bitməyəcək. O iddia edir ki, münaqişə "texnoloji işğal formasına çevrilir".

Salome həmçinin qeyd edib ki, ABŞ-nin İrana hərbi müdaxilə etmək niyyəti yoxdur: “Bunun əvəzinə, onlar ucuz İran neftinin artıq Çinə axmaması üçün İranı enerji ixrac etmək qabiliyyətindən məhrum etməyə çalışırlar”. Bu səbəbdən öncəgörücü İranı "birbaşa hədəf" adlandırır.

Onun fikrincə, ABŞ-ın geosiyasi strategiyasının  əsas hədəfi Çini üç əsas  mənbədən əldə etdiyi ucuz enerji dəstəyini məhrum etməkdir. “Bunlarsa, İran, Venesuela və Rusiyadır”, - o vurğulayıb.

Qeyd edək ki, 39 yaşlı parapsixoloq əvvəllər COVID-19 pandemiyası və Kraliça II Yelizavetanın ölümü də daxil olmaqla, ABŞ-İsrail-iran müharibəsi, həmçinin dünya üzrə digər mühümhadisələrlə bağlı proqnozlarla çıxış edib və dediklərinin bğyük əksəriyyəti doğru çıxıb.

Mürtəza

Избранный
16
1
olke.az

2Источники