RU

İbtidai sinif müəllimləri intellektual yarışda iştirak etdilər

Azərbaycan təhsil sistemində yeni bir layihəyə start verilib. Karyera və Psixologiya Mərkəzi ilə Sumqayıt Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Sumqayıt üzrə məktəblərarası “Nə? Harada? Nə zaman?” formatlı İntellektual yarış keçirilib.

Publika.az xəbər verir ki, layihənin maraqlı tərəfi odur ki, yarışda məktəbləri yalnız ibtidai sinif müəllimlərindən ibarət komandalar təmsil edir. Burada məqsəd təhsilin bünövrəsini qoyan, zəhmətkeş, fədakar ibtidai sinif müəllimlərinin nüfuzunu yüksəltmək, onlara qarşı diqqəti artırmaq və bu müəllimlərin öz üzərlərində daha da həvəslə çalışmalarını stimullaşdırmaqdır.

İntellektual yarışın formatı da elə seçilib ki, burada bilik və ya ixtisas sualları deyil, ümumi dünyagörüşü, məntiqi təfəkkürlə bağlı həm düşündürücü, həm maarifləndirici, həm də əyləndirici suallar səsləndirilir. Nəticədə müəllimlər yarış boyunca zəkalarının dərinliklərinə enərək düşünməklə yanaşı, həm öyrənirlər, həm də asudə vaxtlarını səmərəli keçirirlər.

Layihənin Sumqayıtda başlayan ilk yarışında ümumilikdə 32 məktəbin komandası iştirak edib. Öncə komandalar 3 qrupa bölünüblər və hər qrupda ilk 3 yeri tutanlar finala vəsiqə qazanıblar. Xoş həyəcan və böyük maraq hissləri ilə müşayiət olunan final mərhələsinin sonunda 1-ci yeri P. Həşimov adına 28 nömrəli məktəb, 2-ci yeri N.Tusi adına 12 nömrəli məktəb və 3-cü yeri isə 13 nömrəli məktəb tutub. Qaliblərə diplom və hədiyyələr, yarışda fəal iştirak edənlərə isə Təşəkkürnamələr təqdim edilib.

Избранный
17
3
publika.az

4Источники