RU

Güclü partlayış: Yaralı var

Ajans.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə evin hamam otağında qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 19:30-da bir qadın Qazax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir".

Faktla bağlı araşdırma başlanılıb.

Избранный
28
6
Ajans.az

10Источники