RU

Paşinyan Köçəryan və Sarkisyana müharibə elan etdi - "Mafiyanın 3 başı qalıb, onları da kəsəcəyik!"

Ermənistanın baş naziri Nikol Paşinyan Araqatsotn vilayətinin Araqats kəndində sakinlərlə görüşü zamanı keçmiş rəhbərliyin hələ də məsuliyyətə cəlb olunmaması ilə bağlı tənqidlərə cavab verib.

Musavat.com xəbər verir ki, baş nazir xalqın "üçbaşlı müharibə partiyası" və ya "mafiya" adlandırdığı qüvvələrin (Robert Köçəryan və Serj Sarkisyan nəzərdə tutulur) hazırda qanunsuz mülkiyyət və digər cinayət işləri üzrə məhkəmə proseslərində olduqlarını xatırladıb.

Paşinyan prosesin uzanmasını 2018-ci ildən bəri eyni vaxtda çoxsaylı daxili və xarici cəbhələrdə mübarizə aparmaları ilə əlaqələndirib.

"Əziz insanlar, biz 2018-ci ildən bəri 23 müxtəlif cəbhədə mübarizə aparmışıq. Bu gün "üçbaşlı partiya" desək də, əslində qarşımızdakı mafiyanın o vaxt 23 başı var idi. Bu başları bir-bir kəsərək, indi saylarını üçə endirmişik. Qarşıdan gələn seçkilərdə isə sizinlə birlikdə qalan həmin üç başı da kəsməliyik", - deyə hökumət başçısı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
1
olaylar.az

2Источники