RU

Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir

Region Liqasının finalçıları məlum olub. Həlledici oyunda “Zəngəzur”la “Marafon” üz-üzə gələcək. “Zəngəzur”un heyətində bir neçə tanınmış sima var. Ruslan Əmircanovu, Cavid İmamverdiyevi göstərə bilərik. Əmircanov bura kömək niyyəti ilə gəldiyini, “Araz-Naxçıvan”da da məşqçi olduğuna görə 2-ci liqada oynamayacağını deyib.

Bəs İmamverdiyev nə düşünür? Veteran futbolçunun “Football-plus.az”a açıqlaması:

“1-ci dövrədə “Şəki”də oynamışam. 2-ci liqada oynamaq mənə çətin deyil. “Zəngəzur” forması ilə finalda qalib gəlib, çempion olaraq 2-ci liqada oynamaq istəyirəm. Niyyət, arzumuz budu. İnşallah, çempion olarıq. “Marafon” da güclü rəqibdi. Ümid edirəm ki, sevinən tərəf biz olarıq”.

MÜZƏFFƏR QULUZADƏ
Избранный
48
football-plus.az

1Источники