RU

Fransanın Yeni Kaledoniyadakı etirazları zorakılıqla yatırmasından 2 il ötür

Fransanın Yeni Kaledoniyada kütləvi etirazları qəddarcasına yatırmasından iki il ötür.

Publika.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkələrdə paylaşdığı videomaterialda bildirilib.

Yerli sakinlərin - kanakların müstəqillik uğrunda mübarizəsi çərçivəsində baş verən etirazlar 2024-cü ilin yazında keçirilib. Fransa parlamenti Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə regional seçkilərdə iştirak etmək hüququnun verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Buna cavab olaraq, 2024-cü il mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Numeada buna qarşı nümayiş keçirilib. Yerli əhali bunu Parisin arxipelaqda öz nüfuzunu gücləndirmək və onun müstəqillik əldə etməsinə mane olmaq cəhdi kimi qiymətləndirib.

Etirazlar fonunda Fransa hakimiyyəti Yeni Kaledoniyaya qoşun yeridib. Etirazçılara qarşı 30 ədəd zirehli avtomobil, 3 min hərbçi cəlb edilib.

Избранный
2
4
publika.az

6Источники