ABŞ-ın AECOM şirkətinin əməkdaşları TRIPP layihəsinin tikintisi ilə bağlı ərazinin araşdırılması məqsədilə Ermənistana səfər ediblər.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ABŞ nümayəndə heyətini qəbul edib.
Görüşdə ABŞ nümayəndələri texniki-iqtisadi əsaslandırmanın hazırlanması üzrə işlərin əsas istiqamətlərini və gözlənilən nəticələri təqdim ediblər.
"Cebheinfo.az"