Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “İmişli”ni qəbul edəcək “Qarabağ”ın oyununa biletlər satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, mayın 16-da keçiriləcək oyuna biletlər bugündən satışdadır.
Azarkeşlər saat 15:00-dan etibarən kassalara yaxınlaşa və ya biletləri “iTicket.az”-dan əldə edə bilərlər.
Qiymətlər sektorlara uyğun olaraq 5-20 manat aralığındadır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.