RU

Kılıç: Ərdoğanın tapşırığı ilə Ermənistanla bağlı daha bir addım atdıq

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, bu barədə o, X-də yazıb.

“Prezidentin (Rəcəb Tayyib Ərdoğan) tapşırığı ilə həyata keçirilən Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində daha bir mühüm addım atılıb. Arzu edirəm, bu, həm hər iki ölkənin işgüzar dairələri və xalqları, həm də bütün bölgəmiz üçün faydalı olacaq”, - diplomat bildirib./teleqraf

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
2
icma.az

3Источники