RU

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1540-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 145 568 PUA-sı, 661 zenit-raket kompleksi, 29 279 tank və digər zirehli texnikası, 1 718 reaktiv yaylım atəş sistemi, 34 897 artilleriya və minaatanı, 61 482 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Избранный
17
28
konkret.az

10Источники