RU

Dövlət Statistika Komitəsinin sədrinə müşavir təyin edildi - FOTO

Ajans.az banker.az-a istinadən xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, 2024-cü ilin yanvar ayından 2026-cı ilin may ayına kimi Rəqəmsal Tibbi Həllər-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb. 2021-ci ilin may ayından 2024-cü ilin yanvar ayına kimi isə İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub. İbrahim İbrahimov 2006–2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012–2014-cü illərdə isə Kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Избранный
30
12
Ajans.az

10Источники