ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son dövrlərdə çoxmənzilli binalarda təhlükəsizliyin artırılması məqsədilə liftlərdə müşahidə kameralarının quraşdırılması halları artıb.
Lakin bu addım bəzi sakinlər arasında narazılıq və hüquqi mübahisələrə səbəb olur.
Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyevin açıqlamasına görə, lift kimi ümumi istifadə sahələrində kamera quraşdırılması prinsip etibarilə təhlükəsizlik məqsədi daşıya bilər. Lakin bu prosesin qanuniliyi bir sıra hüquqi şərtlərə bağlıdır.
Əsas tələb sakinlərin məlumatlandırılması və razılığının alınmasıdır. Çünki görüntü yazan sistemlər şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların qorunması ilə bağlı hüquqi normalara təsir göstərir.
Hüquqşünas bildirir ki, əgər kameralar barədə əvvəlcədən məlumat verilməyibsə və sakinlərin razılığı alınmayıbsa, bu halda hüquqi mübahisələr və şikayət prosedurları yarana bilər.
Orxan
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.