RU

İnsanlar bir birindən niyə tez soyuyur? Psixoloqlar açıqladı

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu vərdiş münasibətləri gizlicə məhv edir” mövzusu son vaxtlar həm psixoloqların, həm də sosial media istifadəçilərinin diqqət mərkəzinə çevrilib. Mütəxəssislərin fikrincə, münasibətlərdə ən təhlükəli problemlərdən biri açıq danışmamaq və hissləri içində saxlamaqdır.

Bakıvaxtı.az xəbər verir ki, çox insan qarşı tərəfi incitməmək üçün narazılığını demədən susmağa üstünlük verir. Lakin zaman keçdikcə yığılan problemlər münasibətdə soyuqluq yaradır. Psixoloqlar bildirirlər ki, davamlı susmaq və problemləri görməzdən gəlmək cütlükləri bir-birindən uzaqlaşdıran əsas səbəblərdən biridir.

Araşdırmalara görə, xüsusilə telefon və sosial media asılılığı da münasibətlərə mənfi təsir edir. Eyni məkanda olsalar belə, bir-biri ilə ünsiyyət qurmayan cütlüklərin sayı getdikcə artır. Bu isə emosional bağın zəifləməsinə səbəb olur.

Mütəxəssislər hesab edir ki, sağlam münasibətin əsas şərti açıq ünsiyyət və qarşılıqlı diqqətdir. Əks halda ən güclü görünən münasibətlər belə zamanla səssiz şəkildə bitə bilər.

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
1
bakivaxti.az

2Источники