Qaynarinfo-nun məlumatına görə, hücumçu ölkə çempionatının IX turunun "Qranada” ilə səfər matçında birinci hissədə əsas vaxtın ilk dəqiqəsində fərqlənib. Futbolçu 16 yaş 87 günlüyündə qol vurub.
Bundan əvvəlki nailiyyət 2012-ci ilin avqustunda 16 yaş 98 günlük olarkən "Malaqa” komandasında "Selta Viqo”ya (1:0) qol vuran Fabris Olinqaya məxsus idi.