RU

Vircil van Dayk Qalatasaray yolunda? Sneyderdən məsləhət gəldi

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Dünya futbolunun ən yaxşı müdafiəçilərindən biri hesab olunan Vircil van Daykın "Qalatasaray"la təmasda olduğu iddia edilir.

Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Levent Tüzemenin məlumatına görə, tərəflər arasında danışıqlar prosesi başlayıb.

Klubun əfsanəvi futbolçusu Uesli Sneyderin də bu transferdə vasitəçilik etdiyi və həmvətəninə "Qalatasaraya get, camiəni gör" deyərək məsləhət verdiyi bildirilir.

Hazırda "Liverpul"un kapitanı olan niderlandlı müdafiəçinin müqaviləsinin başa çatmasına az qalması İstanbul klubunun iştahını artırır.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
fanat.az

1Источники