RU

Ukrayna və Litva dron sahəsində saziş imzalayıb

Ajans.az xəbər verir ki, bu barədə V. Zelenski sosial şəbəkəl hesablarında məlumat yayıb. "Litva Prezidenti Gitanas Nauseda ilə görüş zamanı əsas diqqət müdafiə sahəsində əməkdaşlığa yönəldilib və "Drone Deal" formatında qarşılıqlı fəaliyyət haqqında razılıq əldə olunub. Bu, ölkələrimiz arasında ikitərəfli sazişdir", - o yazıb və razılaşmanın hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiyini bildirib.

"Ukraynanın hərbi ekspert qrupu zəruri müdafiə imkanlarının yaradılması, ilk növbədə müasir təhdidlərdən qorunmaq, eləcə də dövlətlərimizin və bütövlükdə regionun təhlükəsizliyini gücləndirmək üçün Litvada işləyəcək. Çağırışlarımız ortaqdır və onların öhdəsindən birgə gəlmək lazımdır", - Zelenski vurğulayıb.

Избранный
15
8
Ajans.az

9Источники