RU

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Çində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında yüksək səviyyəli görüş başlayıb.

Bizim.Media xəbər verir ki, rəsmi qarşılama mərasimində əvvəlcə ev sahibi Pekinin mərkəzindəki Böyük Xalq Zalının qarşısında Prezident Trampı salamlayıb. 

Daha sonra iki lider dövlət himnlərinin müşayiəti altında fəxri qarovul dəstəsinin yanından keçib.

Tramp dövlət rəsmiləri və ABŞ şirkətlərinin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini Cinpinə təqdim edib. Daha sonra tərəflər görüş üçün Böyük Xalq Zalına yollanıblar.

Görüşdə müzakirələrin əsasən ticarət və investisiya istiqamətində olacağı, eyni zamanda, Yaxın Şərqdəki vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.

Bizim.Media 

Избранный
14
5
bizim.media

6Источники