RU

İran vətəndaşı Lənkəranda qəza törətdi

Lənkəranda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə Şiləvar kəndi ərazisində qeydə alınıb.

Səhəd Dədəyev idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə dönmə əməliyyatı həyata keçirərkən, arxadan hərəkətdə olan İran vətəndaşı Yasir Əzizadənin idarə etdiyi “Volvo” markalı yük avtomobili onun nəqliyyat vasitəsinə çırpılıb. Marqarita pizza

Zərbənin təsirindən idarəetməni itirən “VAZ-2107” markalı avtomobil əvvəlcə Əli Ramazanovun idarə etdiyi “Toyota Prius” markalı minik avtomobilinə, daha sonra isə yol kənarındakı dirəyə dəyib.

Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü diz və burun nahiyəsindən xəsarətlər alıb.


Telegram kanalımız
Избранный
6
7
yenisabah.az

8Источники