RU

Əlverişsiz hava şəraitində yolda təhlükənin qarşısı alındı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Dünən saat 22:40 radələrində Hacıqabul–Horadiz avtomobil yolunun 92-ci kilometrliyində müşahidə olunan kəskin yağışlı və küləkli hava şəraiti nəticəsində ağac yolun hərəkət hissəsinə aşaraq nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyət yaradıb.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən vəziyyət dərhal nəzarətə götürülüb. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə operativ tədbirlər görülüb, sürücülərə xəbərdarlıq edilərək nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təşkil olunub.

Əməkdaşların çevik müdaxiləsi nəticəsində mümkün yol-nəqliyyat hadisələrinin qarşısı alınıb. Daha sonra əraziyə ağır texnikalar cəlb olunaraq yolun hərəkət hissəsinə aşmış ağaclar kənarlaşdırılıb, yol tam təmizlənib və nəqliyyatın normal hərəkəti bərpa edilib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək qeyri-sabit və yağıntılı hava şəraitində daha diqqətli olmağı, sürət həddini hava və yol şəraitinə uyğun seçməyi, ara məsafəsini qorumağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
3
avtosfer.az

4Источники