RU

Nazir müavini təyin olunan Ağakərim Səmədzadə KİMDİR? - DOSYE

Xəbər verildiyi kimi Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

Bizim.Media Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilən Ağakərim Səmədzadənin dosyesini təqdim edir:

Ağakərim Səmədzadə Azərbaycan Ədliyyə Nazirliyində çalışmış dövlət məmurudur. O, uzun müddət Nazirliyin İnformasiya və kommunikasiya texnologiyaları (sonradan İnformasiya Texnologiyaları və İnnovasiyalar) idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Mətbuatda əsasən elektron notariat, rəqəmsal hökumət, onlayn məhkəmə və elektron xidmətlərlə bağlı açıqlamaları ilə tanınıb.

Ağakərim Səmədzadənin 2024-cü ildə onun Ədliyyə Nazirliyindəki vəzifəsindən azad edildiyi barədə xəbərlər yayılıb.

Bizim.Media

Избранный
27
6
bizim.media

7Источники