“Sabah”ın yarımmüdafiəçisi Cesse Sekidika klubu tərk edəcək.
İdmanxeber.az-a verilən məlumata görə, nigeriyalı futbolçuya cəlbedici təklif var. O, yüksək ehtimalla Cənubi Koreyaya yollanacaq.
Sözügedən ölkənin klublarından biri Sekidikaya kifayət qədər yüksək maaşlı müqavilə təklif edib. Yarımmüdafiəçi özü də buna müsbət yanaşır.
Yayda “Sabah”la müqaviləsi biləcək futbolçunun komandadan ayrılması gözlənilir. Paytaxt təmsilçisi futbolçuya yeni müqavilə təklif etməyəcək.