RU

​“Fənərbaxça”nın prezidenti futbolçularla vidalaşdı

10:40 14.05.2026
10:40 14.05.2026

Türkiyənin “Fənərbaxça” klubunda mövsümün sonuna yaxın duyğusal anlar yaşanıb. Klub prezidenti Sadettin Saran komandanın futbolçuları və texniki heyəti ilə vida yeməyində bir araya gəlib.

Mynews.az xəbər verir ki, tədbir “sarı-lacivərtlilər”in məşqindən sonra Samandıra bazasında təşkil olunub. Yeməkdə klub rəhbərliyi, futbolçular, məşqçilər və digər əməkdaşlar iştirak ediblər.

Türkiyə mətbuatının yazdığına görə, prezident Sadettin Saran qarşıdakı seçkilərdə namizəd olmayacağı üçün bu görüş komanda ilə vida xarakteri daşıyıb. Bildirilir ki, rəhbərlik futbolçulara mövsüm ərzində göstərdikləri mübarizəyə görə təşəkkür edib.

Qeyd edək ki, “Fənərbaxça” mövsümün son turunda “Eyüpspor”la qarşılaşacaq. Oyundan əvvəl təşkil edilən bu tədbir komandada motivasiyanı artırmaq məqsədi daşıyıb.


Избранный
22
1
mynews.az

2Источники