ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 14 may, AZƏRTAC
Cari ilin ötən dövründə Xətai Rayon Prokurorluğunda 12 cinayət işinin istintaqı başa çatıb.
Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Xətai rayon prokuroru Sərdar İmanov prokurorluqda keçirilən " Açıq qapı" günündə deyib.
O qeyd edib ki, istintaqı başa çatan işlərdən 4-ü qəsdən adamöldürmə, 3 iş mənimsəmə, 1-i vergidən yayınma, qalanları isə dələduzluq və digər hallarla bağlıdır.
Sərdar İmanov, həmçinin bildirib ki, hazırda icraatlarında 10-a yaxın iş var. “Çalışırıq ki, həmin işləri də qanunla nəzərdə tutulmuş müddətdə araşdıraq", - deyə prokuror diqqətə çatdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.