RU

“Tehran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə maneə yaratmayıb” - İran XİN rəhbəri

“İran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə maneə yaratmayıb”.

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Hindinstanda jurnalistlərə müsahibəsində deyib.

“Hörmüz boğazı hazırda ən çox ABŞ-nin təcavüzü və tətbiq etdiyi blokadadan əziyyət çəkir. Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, ancaq onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”, - deyə siyasətçi bildirib.

İranın Hörmüz boğazında heç bir maneə yaratmadığını vurğulayan nazir əlavə edib:

“Blokadanı yaradan Amerikadır və ümid edirəm ki, bu vəziyyət ABŞ tərəfindən tətbiq edilən qanunsuz blokadanın qaldırılması ilə başa çatacaq”.

Daşqın HəsənovMissiya.Az

Избранный
54
1
missiya.az

2Источники