
“İran Hörmüz boğazında ticarət gəmilərinin hərəkətinə maneə yaratmayıb”.
Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı Hindinstanda jurnalistlərə müsahibəsində deyib.
“Hörmüz boğazı hazırda ən çox ABŞ-nin təcavüzü və tətbiq etdiyi blokadadan əziyyət çəkir. Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, ancaq onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər”, - deyə siyasətçi bildirib.
İranın Hörmüz boğazında heç bir maneə yaratmadığını vurğulayan nazir əlavə edib:
“Blokadanı yaradan Amerikadır və ümid edirəm ki, bu vəziyyət ABŞ tərəfindən tətbiq edilən qanunsuz blokadanın qaldırılması ilə başa çatacaq”.
Daşqın HəsənovMissiya.Az