Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Leqal.info xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə əsasən, hazırda hücum nəticəsində 16 nəfərin yaralandığı məlumdur.
Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, Darnitski rayonunda çoxmərtəbəli bina uçub.
Xilasedicilərin yaralıların tapılması üçün axtarış-xilasetmə işləri gördüyü bildirilir.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта