RU

Neftin qiyməti ilə bağlı sensasiya

Dünya neft bazarında gərginlik yenidən artır. ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Xi Jinping arasında keçirilən yüksək səviyyəli danışıqlar fonunda neft qiymətləri yüksəliş trendini davam etdirir.

Musavat.com xəbər verir ki, qlobal bazarlar Vaşinqton və Pekin arasında münasibətlərin gələcək istiqamətini diqqətlə izləyir. Çünki iki iqtisadi nəhəng arasında əldə olunacaq mümkün razılaşmalar dünya ticarətinə, enerji daşımalarına və neftə olan tələbatın həcminə birbaşa təsir göstərə bilər.

Son göstəricilərə əsasən, “Brent” markalı neftin fyuçersləri 13 sent və ya 0,12 faiz artaraq bir barel üçün 105,76 dollara yüksəlib. ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı nefti isə 12 sent bahalaşaraq 101,14 dollar səviyyəsində qərarlaşıb. Analitiklər bildirirlər ki, qiymət artımının əsas səbəblərindən biri investorların qlobal enerji bazarında mümkün risklərlə bağlı ehtiyatlı davranmasıdır.

Xüsusilə Hörmüz boğazı ətrafında yaranan geosiyasi risklər, Yaxın Şərqdə gərginliyin artması və ABŞ-Çin münasibətlərindəki qeyri-müəyyənlik bazarda narahatlığı daha da gücləndirir. Ekspertlərin fikrincə, əgər danışıqlardan sonra tərəflər arasında münasibətlər yumşalmazsa və enerji nəqliyyatına təsir edəcək yeni risklər yaranarsa, neft qiymətlərində daha ciddi artım müşahidə oluna bilər. Bəs qarşıdakı günlərdə qiymətlər hansı istiqamətdə dəyişəcək? Dünya bazarında bahalaşma davam edəcəkmi?


İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Səfərin başlamasına rəğmən qiymətlərin artmasının birinci səbəbi odur ki, mövcud vəziyyət özünün dönüş nöqtəsinə yaxınlaşır. Yəni, bu görüşün nəticəsi elə ola bilər ki, neft qiymətləri həddindən artıq yüksələ bilər. Elə də ola bilər ki, azala bilər. Yəni, iki ölkə arasında olan münasibətlərin gələcək formatı ilə bağlı əldə olunmuş razılaşmalar neft qiymətlərinin sabahı haqqında müəyyən məlumat əldə etməyə imkan verəcək. Amma neft qiymətlərinin bugünkü davranışı sual altındadır.

Yəni hər iki lider xarakter baxımından, hər iki dövlət isə strateji hədəfləri baxımından bir-birinə güclü rəqib olduğu üçün hər an hər şey baş verə bilər. Danışıqlar pozula bilər, tərəflər heç bir razılığa gəlməyə bilər. Tərəflərin razılığa gələ bilməməsi isə daha aqressiv qərarlara gətirib çıxara bilər. Aqressiv qərarlar isə təbii ki, neft qiymətlərini kəskin şəkildə artıra bilər.
Bu gözləntilər səbəbindən bu gün yüksək qiymətlər də neftə tələbat var və tələbin olması da təbii ki, qiymətləri bir qədər də artırır”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
20
5
musavat.com

10Источники