ADY Gəncə-Mingəçevir-Gəncə marşurutu üzrə bayram reysləri təyin edib.
Redaktor.az bu barədə qurumun sosial şəbəkə hesabına istinadla məlumat verir.
"ADY-nin Qurban bayramı münasibətilə təşkil etdiyi Gəncə-Mingəçevir-Gəncə reysləri ilə bayramı bu iki gözəl şəhərdə keçirmək fürsətini əldən verməyin.
Biletləri saytımızdan, "ADY Mobile" tətbiqindən və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilərsiniz", - deyə paylaşımda deyilir.
