RU

Uşaqlardan Ərdoğana unudulmaz sürpriz - VİDEO

Türk Dövlətləri Təşkilatının Zirvəsi üçün Qazaxıstana gedən Rəcəb Tayyip Ərdoğan Astana şəhərində sürpriz şəkildə qarşılanıb.

Ölkə.az "Haberler.com"a istinadla xəbər verir ki, Nursultan Nazarbayev Hava Limanında onu gözləyən qazax uşaqları “Ərdoğan ata, ata yurdunuza xoş gəldiniz!” sözləri ilə qarşılayıblar. Prezident isə balaca uşaqların ifa etdiyi dombra sürprizi ilə böyük məmnunluq yaşayıb.

Milli geyimdə olan uşaqlar “Sizə öz adətimizlə dombra çalacağıq” deyərək musiqi ifa ediblər və hava limanında rəngli və maraqlı anlar yaşanıb.

Həmidə İbrahimova

Избранный
24
1
olke.az

2Источники