RU

Dəhşətli qəzada həyatını itirən soydaşlarımızın FOTOLARI

Xəbər verdiyimiz kimi, Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların olduğu "BMW" markalı avtomobil ağır qəza törədib. 

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib. 

Qəza nəticəsində həyatını itirənlərdən bəzilərinin adları da məlum olub. Belə ki, Birlik kəndindən olan iki qardaş - Şamil, Kamil Əliyevlər və onların qohumlarının - Əli və Sahil Cəlilovlar dünyasını dəyişiblər.

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, istintaq tədbirləri davam etdirilir. Mərhumların meyitləri üzrə məhkəmə-tibbi ekspertiza təyin olunub.




Bizim.Media

Избранный
21
6
bizim.media

9Источники