RU

Müharibə həbsxanaları boşaldır? Rusiyadan maraqlı statistika

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada həbsxanalarda və istintaq təcridxanalarında saxlanılan məhbusların sayı son illərdə kəskin azalıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Penitensiar Xidmətinin (FSİN) direktoru Arkadi Qostev məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ilin sonu ilə müqayisədə hazırda ölkədə məhbusların sayı təxminən 1,5 dəfə azalıb. Əgər 2021-ci ilin sonunda Rusiyanın cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 465 min nəfər saxlanılırdısa, hazırda bu rəqəm 282 minə enib.

FSİN rəhbəri azalma səbəbləri sırasında “müqaviləli hərbi xidmət üçün namizədlərin seçilməsi istiqamətində aparılan işi” də qeyd edib. Bu açıqlama Rusiyada ilk dəfə olaraq penitensiar sistem rəhbərliyi səviyyəsində məhbusların müharibəyə göndərilməsi praktikasının dolayısı ilə təsdiqi kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
modern.az

2Источники