RU

Paşinyan Rusiya hərbi bazası ilə bağlı narahatlığınıBİLDİRDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyinin Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası ilə bağlı mümkün fəaliyyətlərindən narahatlıq duymadığını bildirib.

Redaktor.az xəbər verir ki, Paşinyan aysor.am-a açıqlamasında qeyd edib ki, hərbi baza hansı qanunların Rusiyada qüvvədə olmasından asılı olmayaraq, Ermənistan qanunvericiliyi çərçivəsində və ölkənin yurisdiksiyası altında fəaliyyət göstərməlidir.

Baş nazir əlavə edib ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. O, bu fikri Volodimir Zelenskinin İrəvana Avropa Siyasi Birliyi sammiti çərçivəsində səfəri ilə bağlı sualları cavablandırarkən səsləndirib. Paşinyan bildirib ki, İrəvan Kiyevə humanitar yardım göstərib.

NURİYYƏ

Избранный
30
1
redaktor.az

2Источники