RU

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Gədəbəydə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 may, AZƏRTAC

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Şəmkir rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən bağ sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi, arıçılıq təsərrüfatlarının sığortalanması və digər məsələlərlə bağlı olub.

Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Sonra Fuad Sadıqov Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən intensiv üzüm, şaftalı və nektarin bağlarına baş çəkib, təsərrüfatda həyata keçirilən hazırlıq işləri ilə tanış olub, fermerlərlə aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
4
azertag.az

5Источники