RU

Kimyəvi qatqısız “Azərçay”: İstehsalın pərdəarxası Masallıdan REPORTAJ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Dünən “Azərsun Holdinq”in təşkilatçılığı ilə jurnalistlər üçün Masallı rayonunda yerləşən çay plantasiyalarına və çay emalı müəssisələrinə mediatur təşkil olunub. 

Redaktor.az xəbər verir ki, çay plantasiyası Masallı rayonunun Kolatan kəndində yerləşir. Media nümayəndələrini “Sun Tea” fabrikinin direktoru Nuriyyə Rəhmanova qarşılayaraq çayçılığın incəlikləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, “Azərçay” markası ilə istehsal olunan məhsullar həm daxili bazarda istifadə olunur, həm də Avropa ölkələrinə ixrac edilir və keyfiyyət baxımından heç bir fərq daşımır. Qeyd olunub ki, istehsal prosesində kimyəvi qatqılardan istifadə edilmir, çay kollarından ildə 4 dəfə məhsul yığılır və bir kol 100-120 il məhsul verə bilir.

Mediatur zamanı idari işlər üzrə məsul şəxs Altay Abbasov da öz təsərrüfatı barədə məlumat verib:

"Sahəmiz 2014-cü ildən fəaliyyət göstərir. 100 hektar sahəmiz var. Suvarmamız çiləmə üsulundandır. Yağış sularını hovuzlarımız var, ora yığılıb, ordan sahələrə çiləmə üsulu ilə yeridilir. İl ərzində, misal üçün bu il hardasa 20-22 min şitil əkmişik, sahəyə köçürtmüşük. Hal-hazırda birinci yığım başlamaq üzrədir".

"Sun Tea" fabrikinin direktoru Nuriyyə Rəhmanova isə əlavə edib ki, bu il iqlim şəraiti çayçılıq üçün daha əlverişli keçib:

"Bu il aprel, mart ayları və mayın əvvəllərində yağış mövsümündə kifayət qədər yağıntı oldu. Bu da sululuğun miqdarını artırdı. Daha məhsuldar bir mövsüm gözləyirik. Artıq bu gündən çay bağlarımızda yığıma start vermişik. İnşallah, bu il məhsuldarlıq keçən illə müqayisədə 10-15 faiz daha çox olacaq".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
redaktor.az

2Источники