Qeyd edək ki, klubun əsas məqsədlərindən biri sosial layihələrin həyata keçirilməsi və xeyriyyə yarmarkalarının təşkil olunmasıdır.
Bu layihələr uşaq evlərinə dəstək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, autizmli uşaqlar və onların anaları üçün müxtəlif tədbirlərin, master-klasların və bayram proqramlarının təşkil edilməsini əhatə edir. Eyni zamansa təşkil olunan yarmarkalardan əldə edilən vəsait uşaq evlərinə, sosial layihələrə və müxtəlif xeyriyyə məqsədlərinə yönəldilir. Beynəlxalq Qadınlar Klubunun ən önəmli missiyalarından biri isə Azərbaycanda diplomatik və mədəni dialoqun inkişafına töhfə verməkdir. Klub diplomatik korpus nümayəndələrinin xanımları, qadın diplomatlar və Azərbaycanda yaşayan xarici vətəndaşlar üçün müxtəlif tədbirlər, mədəni proqramlar, master-klaslar və ekskursiyalar təşkil edir. Bu layihələr vasitəsilə iştirakçılar Azərbaycanın zəngin tarixi, milli mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə yaxından tanış olurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31