RU

ADNSU-da keçirilən XVII Məzun–Karyera Sərgisində 70-dən çox şirkət iştirak edib - FOTOLAR

Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XVII Məzun–Karyera Sərgisi keçirilib. 

"Unikal" xəbər verir ki. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə 70-dən çox yerli və beynəlxalq şirkət iştirak edib. SOCAR Polymer, BP Azerbaijan, “Azərenerji”, “Azərsun Holdinq”, Nobel Energy, Deloitte, Saipem, EY Azerbaijan, Turan Drilling və digər nüfuzlu şirkətlər tələbə və məzunlara vakansiya və təcrübə proqramlarını təqdim ediblər.

ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı və ADNSU TGT nəzdində fəaliyyət göstərən “CareerPlus” klubunun dəstəyi ilə keçirilən sərginin açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq XVII Məzun–Karyera Sərgisinin universitetlə sənaye müəssisələri arasında əməkdaşlığın inkişafı baxımından mühüm platforma olduğunu bildirib. Rektor bu cür sərgilərin tələbə və məzunların əmək bazarının tələbləri ilə yaxından tanış olmasına, nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, işəgötürənlərlə birbaşa əlaqə qurmasına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə başlamaları üçün fürstət kimi dəyərləndirib.

ADNSU-nun sənaye müəssisələri ilə əməkdaşlığının ildən-ilə genişləndirildiyini diqqətə çatdıran Rüfət Əzizov universitet məzunlarının işə düzəlmə göstəricisinin yüksək olduğunu bildirib. O, bunu ADNSU-da hazırlanan ixtisaslı kadrların ölkənin neft-qaz, energetika, informasiya texnologiyaları və digər strateji sahələrində böyük tələbat görməsinin göstəricisi kimi qiymətləndirib.

Tədbir çərçivəsində iştirakçılar sərgi stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə görüşlər keçiriblər. Tələbə və məzunlar şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq karyera imkanları, işə qəbul prosesi və peşə inkişafı istiqamətində məlumat əldə ediblər.

Qeyd edək ki, sərginin əsas məqsədi tələbə və məzunların əmək bazarı ilə əlaqələrinin gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və universitet–sənaye əməkdaşlığının genişləndirilməsi olub.

Избранный
22
2
unikal.az

3Источники