ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin İran məsələsində ABŞ-yə kömək təklif etdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp bu haqda “Fox News” telekanalına müsahibəsində danışıb.
“Əgər kömək etmək üçün edə biləcəyim bir şey varsa, kömək etmək istərdim”, - deyə Tramp Çin liderindən sitat gətirib.
Trampın sözlərinə görə, Çin lideri İrana hərbi texnika tədarük etməyəcəyi qeyd edib. O həmçinin bəyan edib ki, Pekin İran neftini almağa davam etməyi planlaşdırır.
"Cebheinfo.az"